Medvedyev: “Əliyev və Sarkisyan pis yola getmirlər”

medvedyev-eliyev-ve-sarkisyan-pis-yola-getmirler
Oxunma sayı: 634

Rusiya prezidenti Dmitri Medvedyev Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yardımlarını davam etdirəcəyini, lakin buna hər iki xalqın da cəhd etməli olduğunu bildirib. “Qafqazinfo”nun Rusiya saytlarına istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağ i Avropada mövcud olan bir neçə dondurulmuş münaqişələrdən biridir ki, həll edilməsi mümkündür.

Gənclərlə görüşündə Medvedyev Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm görüşü ilə bağlı təəssüratlarını bölüşüb: “Hər iki prezidentin əhatəsi yaxşı yola gedir və hər iki prezident özləri də pis yola getmirlər, biz birlikdə masa ətrafında əyləşəndə onlar çox yaxşı ünsiyyət saxlayırlar”.

Səidə