Mehriban Əliyeva körpələr evinin açılışında - Yenilənib+Fotolar

mehriban-eliyeva-korpeler-evinin-acilisinda
Oxunma sayı: 4895

Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

***

Bakının Səbail rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə sökülərək yenidən tikilən 157 nömrəli uşaq bağçasının martın 6-da açılışı olub. Mehriban Əliyeva açılışda iştirak edib.

Eyni zamanda, birinci xanım Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı yenidən qurulan 80 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.