“Mən sıxıcı insanam”- - "Güneşi beklerken"in Keremi

men-sixici-insanam-
Oxunma sayı: 1888


"Qafqazinfo"nun məlumatına görə, "Unutursam fısılda" filminin qala gecəsinə qatılan aktyor Bakı haqqında təəssüratlarını bölüşüb: "Bu gün şəhərinizi gəzdim. Düşünürdüm ki, Azərbaycanda məni tanımırlar. Belə gözəl qarşılanmaq məni təəccübləndirdi. Bakı çox gözəldir. Bilsəydim, daha tez buraya gələrdim. Yolda bir uşaq mənlə şəkil çəkdirmək istədi. Təəccübləndim və soruşdum ki, məni tanıyırsan? Məni tanıdığını söyləyəndə çox sevindim. Azərbaycanda bu qədər sevilmək xoşdur".

Bursin daha sonra özü haqda da məlumat verib:" "Güneşi beklerken" serialında canlandırdığım Kerem Sayar obrazı ilə tanındım. O obrazda tam fərqli insan idim. Fərqli obrazları canlandırmağı sevirəm. Mən o qədər maraqlı biri deyiləm. Həyatda çox sıxıcı insanam". 

Könül