Məşhur səhifə oğurlandı

meshur-sehife-ogurlandi
Oxunma sayı: 1387

Bir neçə gündür sosial şəbəkələrdə məşhur olan #4noyabr səhifəsi  oktyabrın 12-dən 13-nə keçən gecə kimliyi məlum olmayan şəxslər tərəfindən oğurlanıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, bu gecədən etibarən adminlər (təşkilatçılar) səhifənin idarəçiliyindən məhrum ediliblər.

#4noyabr viral kampaniyasının təşkilatçılardan olan Elgün Namazlı bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına müraciət hazırlayırlar:  

“Bu #4noyabr viral kampaniyasının uğurunu qəbullana bilməməkdir. Eyni zamanda bu bir cinayətdir. Başqa şəxslərin yaratdığı səhifəni gizli yollarla ələ keçirmək və idarə etməyə çalışmaq cinayətdir. İnanırıq ki, hüquq-mühafizə orqanlarının köməyi ilə tezliklə hekləyənlərin kimliyi məlum olacaq. Təcrübədən görmüşük ki, hüquq-mühafizə orqanlarının ayıqlığı və sayıqlığı nəticəsidə hekləyənlərin kimliyi tezliklə aşkarlanır.

Ona görə də bildirmək istəyirik ki, səhifənin idarəçiliyi yenidən bizə qayıdana qədər həmin səhifədə paylaşılan heç bir material üçün məsuliyyət daşımırıq".