Məşhur şirkətin sahibi öldü

meshur-sirketin-sahibi-oldu
Oxunma sayı: 646

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Barbara Conson aprelin 1-də Polşada dünyasını dəyişib. Lakin onun dəfni ayın 15-də olacaq. Multimilyarder Polşanın Vroslav şəhərində dəfn olunacaq. Lakin varisi olmadığından, xanım Consonun sərvətinin “taleyi” məlum deyil.

Qeyd edək ki, Barbara “Johnson&Johnson” şirkətinin varislərindən olan Con Consonun evində xadimə işləyib. Aralarında 42 yaş fərqi olmalarına baxmayaraq, Conun evlənmə təklifini qəbul edən Barbara biznes-imperiyanın varisinə çevrilib. O, dünyanın ən nüfuzlu iş qadınlarından biri hesab olunurdu. “Forbes” jurnalına görə, Barbara Consonun şəxsi kapitalı 3,6 milyard dollar təşkil edir.