Metrodan sonra yollarda sıxlıq yarandı

metrodan-sonra-yollarda-sixliq-yarandi
Oxunma sayı: 2652

Bakıda səhər saatlarından metroda başlayan sıxlıq yollarda davam edib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib ki, səhər saatlarından başlayaraq paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir: 

"Sıxlıq səbəbindən bəzi marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb".