Metronun gəlirləri artıb

metronun-gelirleri-artib
Oxunma sayı: 852

Bu ilin I rübündə Bakı Metropoliteninin gəlirləri ötən ilin eyni dövrünə nisbətən 8,5% artıb.

“Qafqazinfo” contact.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statisyika Komitəsindən bildirilib. Yanvar-martda "Bakı Metropoliteni" QSC sərnişin daşımalarından 11 mln manat qazanıb.

Bu dövrdə 55,4 mln sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,1% çoxdur.

Dövlətstatkom sərnişin daşımaları xərcləri barədə məlumat vermir.