Millət vəkili soydaşlarımızın miqrasiya ilə bağlı problemindən danışdı

millet-vekili-soydaslarimizin-miqrasiya-ile-bagli-probleminden-danisdi
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, millət vəkili Gürcüstan vətəndaşı olan soydaşlarımızın üzləşdiyi problemlər, çətinliklər, narahatlıq və narazılıqların qısa zamanda həll olunmasının çox vacib məsələ olduğunu bildirib: “Gürcüstan azərbaycanlıları olan soydaşlarımız dəfələrlə mənə müraciətlər ediblər və ortaya çıxan problemin həlli istiqamətində dəstək göstərilməsini istəyirlər. Son zamanlar bu müraciətlər getdikcə artır. Bu məsələdə soydaşlarımıza kömək etməliyik, dəstək göstərməliyik”.

Millət vəkili qeyd edib ki, bu məsələnin qısa zamanda öz həllini tapması olduqca vacibdir və mən ümid edirəm ki, soydaşlarımızın bu istiqamətdə səsləndirdiyi bəzi təkliflər öz həllini tapa biləcək.