Milli Şura sertifikat aldı

milli-sura-sertifikat-aldi
Oxunma sayı: 655

“Qafqazinfo” xəbər verir ki, Avropa Könüllülük Xidməti Avropa İttifaqının hazırladığı “Gənclər Fəaliyyətdə” (Youth in Action) proqramının əsas istiqamətlərindən biridir. Avropa Könüllülük Xidmətinin məqsədi Avropa İttifaqı daxilində və xaricində gənclərin müxtəlif könüllü fəaliyyətlərdə iştirakının dəstəklənməsidir. Bu fəaliyyət çərçivəsində gənclərin fərdi və ya qrup şəklində qeyri-kommersiya və ödənişsiz fəaliyyətlərdə iştirakı təmin edilir. Bu sertifikat vasitəsi ilə ARGTMŞ 2 il müddətində Avropa İttifaqına üzv ölkələr və Azərbaycan arasında gənc könüllülərin uzun müddətli mübadiləsini təşkil etmək imkanı əldə edir. Bu mübadilə könüllülük sahəsində xarici təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsinə, eyni zamanda Avropada Azərbaycan dəyərlərinin təbliğinə imkan verəcək.