Milli Tolerantlıq Mərkəzinin təqdimatı oldu

milli-tolerantliq-merkezinin-teqdimati-oldu-
Oxunma sayı: 636

DQİDK-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri, bir sıra digər beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akreditə olmuş səfirlər iştirak ediblər. Qonaqlara əvvəlcə “Azərbaycan – Tolerantlıq məkanı” adlı qısametrajlı film təqdim edilib.


Tədbirdə DQİDK sədri Elşad İskəndərov Milli Tolerantlıq Mərkəzinin yaradılmasının əsas məqsədləri və perspektiv fəaliyyət istiqamətləri barədə təqdimat edib, həmçinin ölkəmizdəki mövcud tolerantlıq barədə məlumat verib.

BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləzizəl-Naser isə çıxışında bildirib ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev də mərasimdə iştirak edib.
Çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tveycri də çıxış edib.
Tədbirdə YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunub.

Daha sonra Milli Tolerantlıq Mərkəzinin ilk layihəsi olan “Azərbaycan – Tolerantlıq məkanı” təqdim olunub. Təqdimatı dünya şöhrətli fotoqraf Reza Deqatı edib.

Təqdimat mərasimində Milli Tolerantlıq Mərkəzi “Hörmət naminə birləş” adlı layihə çağırışının da təqdimatı olub.
Sonda İSESKO və BMT Azərbaycandakı nümayəndəliyi ilə DQİDK arasında ikitərəfli əməkdaşlığa dair memarandum imzalanıb.