Millidən qovulan futbolçu bu paylaşımla gündəm oldu - Foto

milliden-qovulan-futbolcu-bu-paylasimla-gundem-oldu
Oxunma sayı: 5036

 

Qurban Qurbanovun qərarı ilə milli komandamızdan kənarlaşdırılan Elvin Yunuszadə buna reaksiya verib.

“Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın futbolçusu “Instagram” hesabında maraqlı foto yerləşdirib

Həmin fotoda “Mənim hökmümü yalnız Allah verə bilər” - sözləri yazılıb. Ehtimal olunur ki, Yunuszadə bu paylaşımla Qurban Qurbanovun qərarına münasibət bildirib.

Qeyd edək ki, Elvin Yunuszadə ilə Araz Abdullayev Belarusla oyuna bir neçə saat qalmış yuxudan gec oyandıqları üçün baş məşqçi Qurban Qurbanovun keçirdiyi iclasa gecikiblər. Qurban Qurbanov bu hərəkətə görə Araz Abdullayevi bağışlayıb, Elvin Yunuszadəni isə millidən uzaqlaşdırıb.