Millimiz Qızıl Avropa Liqasında mübarizəyə başlayır

millimiz-qizil-avropa-liqasinda-mubarizeye-baslayir
Oxunma sayı: 897

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasının oyunları başlayacaq.

“Qafqazinfo” xəbər verir ki,  A qrupunda yer alan Azərbaycan millisi yarışda ilk görüşünü Ukrayna yığmasına qarşı keçirəcək. Faiq Qarayevin rəhbərlik etdiyi komanda rəqibini Bakıda, Voleybol Mərkəzində qəbul edəcək.

Matç saat 18:00 start götürəcək. Qarşılaşmanı Epaminondas Gerothodorosla (Yunanıstan) Eldar Əliyev (Azərbaycan) idarə edəcəklər. Qrupumuzun digər görüşündə isə Bolqarıstan Portuqaliyanı sınağa çəkəcək.