Mir Şahin yenə də nurçulardan danışdı- - Video

mir-sahin-yene-de-nurculardan-danisdi-
Oxunma sayı: 6848


“Qafqazinfo” xəbər verir ki, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev sözü gedən telekanalda yayımlanan “Hesabat” verilişində yenidən nurçulardan danışıb.

Vəhabilərin, təkfirçilərin, sələfilərin və başqalarının Azərbaycanda artıq dini yox siyasi çəkiyə malik olmağa başlaması və bununa da ölkədə vəziyətin gərginləşməsinə işləyən qüvvələrin fəlallaşması barədə danışığımızdan 3 həftə keçir. Azərbaycan vətəndaşlarının cənnəti ucqarda axtarmasının kökünə gedib çıxdıq. Əməkdaşlarımızı hətta Suriyaya yola düşən cavanlarımızın yolu ilə ezamiyyətə də göndərdik. Bizə hücumlar da, təhdidlr də oldu. Və sonra…

Nə sonra... sonra bir də ayılıb gördük ki, bizim zərərli təriqətlər və dini axınlar hesab etdiyimiz zümrələr bir kənarda qalıb. Ölkə mətbuatı nurçuları təftiş edir.

Biz Nurçuların dini cərəyan olaraq İslama hər hansı təhlükə törətdiyi barədə məlumata malik deyilik. Nurçular İslam peyğəmbərinə, onun yaxınlarına rəğbətlə yanaşır. Radikal, dağıdıcı xarakterə malik deyil. Söhbət yalnız onun təbiətindəki uzaqmənzilli hədəflərdən gedir. Nur öz mütəşəkkiliyi ilə özündən deyən istənilən siyasi partiyalara örnək ola bilər. Elə nurçuluğu təhlükəli edən də budur. Nurçuların kökündə üç k hərfi dayanır. Kalb, kafa və karın. Bu üç yolla insanın mənəviyyatına, ruhaniyyatına sirayət edən dini təlimin son məqsədi savadlı, imanlı insanları günlərin bir günü hakimiyyətə gətirməkdir. Elə buna görə də Türkiyədə nurun qaranlıq tərəflərini axtarmağa başlaladılar. Azərbaycanda da əməlli başlı nur xəfiyyələri peyda oldu. Ləpirçilər hətta prezident admistrasiyasına qədər gedib çıxılar. İş o yerə gəlib çatdı ki, PA şöbə müdiri Əli Həsənov çıxış etməyə məcbur oldu. Bizcə də hər şeyin ifratı təhlkəlidir. Azəbaycandan Suriyaya da yola düşənlər arasında nurçuların olması barədə bizdə bir məlumat yoxdur. Onların təhlukəsi isə əgər yalnız mükəmməl şəbəkə sistemində birləşmək və sonda hakimiyyətə gəlməkdirsə, onların siyasi iddiaları daha ciddi şəkildə araşdırılsın. Bəlkə elə partiya kimi qeydiyyatdan keçmək istəyəcəklər. Azərbaycan demokratik dövlətdir və yəqin ki, daha bir partiyanın yaranması ona ziyan gətirməz. Nurçuların tikdiyi mədrəsələr, məktəblər yuxarıdan baxanda bir a hərfinə bənzəyir. Bəziləri bu hərfi Fətullah Gülənin adının, bir qrup isə fədayi sözünün baş hərfi kimi qiymətləndirir. Ola bilsin ki, hər kisi düz deyil və ya əksinə. Hər ikisi doğrudur. Bu məlumatı tapıntı hesab edən və bunu şəstlə açıb-ağardanların köksü niyə qabarır? Nə verir bu xəbərlər bizə? Və ya nurçuların başqalarının kalb, karın və kafa üçlüyu uğrunda mübarizə apardığını kəşf etmək nə verir? Tutaq ki, bunları bildik… karnımızı, kalbimizi, kafamızı necə qoruyaq…

Hətta Nurçularla şəkil çəkdirənlərin təqibinə başlamışıq. Mən nurçuları müdafiə etmirəm. Ona görə ki adları nurçuluqda çəkilən vətəndaşlarımızın heç biri bunu boynuna almır əksinə təkzib edir, deməli qəbul edirlər ki, nurçu olmaq yaxşı iş deyil. Çünki yaxşı hesab etsəydilər, çıxıb açıq mətnlə bəyan edərdilər ki, bəli ağalar mən nurçuyam nə istəyirsiniz məndən. Amma hələ ki, hər kəs danır, hər kəs təkzib edir. Bir halda ki, nurçuluq utanc gətirir, deməli onları müdafiə etməyə də ehtiyac yoxdu. Amma məsələnin təhlükəli tərəfləri də var Nurçuların Türkiyədə əsaslı mövqeləri, nüfuz və dayaqları, təsir imkanları var. Türkiyə isə Azərbaycanın ən yaxın və etibarlı strateji müttəfiqidir. Türkiyənin içində kimin hansı dinə, hansı məzhəbə qulluq etməsi bu ölkənin daxili mənəvi ruhani işidir. Qorxulusu budur ki, mərəkə tutsun bizi, nur axtarışına başımız o qədər qarışsın ki, sonda gedib iki dövlət bir zülmətə çıxaq. Ona görə də bəzən dayanmağı da bacarmaq lazımdır.

Azəbaycan şiələrin və sünnilərin eyni məsciddə namaz qıldığı nadir müsəlman ölkəsidir. Burda insanlar allaha gedən bir yolu-qibləni tanıyırlar. Fərqi nədir ki, bu yola işıq hardan düşür. Fərqi nədir ki, düşən işıqdır, yoxsa nur. ANSPress