Moskvada erməni əsilli biznesmen saxlanılıb

moskvada-ermeni-esilli-biznesmen-saxlanilib
Oxunma sayı: 1455

“Optima Development” kompaniyasının keçmiş rəhbəri erməni əsilli Albert Xudoyan Rusiyanın Moskva şəhərində polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” “TASS” informasiya agentliyinə istinadən xəbər verir ki, buna səbəb onun sözügedən şirkətdən 10 milyon ABŞ dolları dəyərində torpaq sahələri oğurlaması olub.

Xudoyan günahkar olduğunu inkar edir.  

Faktla bağlı araşdırma aparılır.