MTRŞ lisenziya verdi

mtrs-lisenziya-verdi
Oxunma sayı: 2297

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
 
"Qafqazinfo" xəbər verir ki, iclasda teleradio yayımı üçün lisenziya verilməsi barədə 11 hüquqi şəxsin müraciətinə baxılıb.

İclasda “Muz  TV Azərbaycan” MMC-yə  peyk yayımı üçün, “AZTELEKOM”  MMC-yə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi MMC-yə, “CLİP TV”  MMC-yə, “MetroNet”  MMC-yə, “AzFiberNet” MMC-yə, “Rahat Telecom” MMC-yə, “FARAON – 1” MMC-yə, “Qafqaznet” MMC-yə, “Teleport” MMC-yə, “Netpoint” MMC-yə İP TV yayımı üçün lisenziya verilməsi barədə qərar qəbul edilib.