Müğənni bu klipinə görə hədələnir - “Başını kəsəcəyik”

mugenni-bu-klipine-gore-hedelenir
Oxunma sayı: 4637

Qırğızıstanın gənc müğənnisi Zere Asılbek “Qız” adlı klipinə görə ölümlə hədələnir.

“Qafqazinfo” dni.ru-ya istinadən xəbər verir ki, 19 yaşlı ifaçı klipdə çimərlik geyimində kamera qarşısına keçib və qadın hüquqlarını tanımağa, kişilərin zorakılığına son qoyulmasına çağırış edib.

Zereyə klipi sildirməsə, tezliklə onu qətlə yetirəcəklərini, hətta “böyük zövqlə başını kəsəcəklər”ini bildiriblər.

Müğənni artıq şantajlara görə hüquq-mühafizə orqanlarına müraciət edib.