Müsəlman “Facebook”un qlobal sammiti keçirildi

muselman-facebookun-qlobal-sammiti-kecirildi
Oxunma sayı: 634

“Qafqazinfo”nun məlumatına görə, Türkiyənin baş naziri R.T.Ərdoğan, Malayziyanın keçmiş baş naziri M.Məhəmməd, eləcə də bir sıra aparıcı müsəlman ölkələrinin hökumət başçıları və nazirləri sammitə öz təbrik məktublarını göndərərək, tədbirdəki qoyulacaq məqsədlərin uğurlar həyata keçməsini arzulayıblar. Malayziya, Misir, İndoneziya, Səudiyyə Ərəbistanı ABŞ, Böyük Britaniya, Rusiya və digər ölkələrdən gəlmiş nümayəndələr öz çıxışlarında dünyada sosial şəbəkələrin əhəmiyyətindən danışaraq yeni yaradılmış şəbəkənin müsəlman gəncliyinin inkişafında oynayacağı roldan bəhs ediblər.

Salamworld İdarə Heyətinin sədri Abdulvahid Niyazov öz çıxışındaı zirvə toplantısının keçirilmə səbəbini nümayəndələrə acıqlanıb. Daha sonra məşhur teleaparıcı Riz Xan tərəfindən həyata keçirilən Salamworld-un təqdimatı sammit iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Bir çoxlarının “müsəlman facebook şəbəkəsi” adlandırdıqları Salamworld sosial şəbəkəsi müsəlman gəncləri üçün virtual rahat və alternativ on-line məkanı rolu oynayacaq. Tədbirin sonunda tanınmış müğənni Sami Yusif müxtəlif dillərdə mahnılar ifa edib.

Salamworld islami dəyərlərə söykənən qlobal informasiya və ictimai media proyektidir. Eyni zamanda, dünyada islam mədəniyyət və mirasını tanıtmaq məqsədi ilə çoxdilli şəkildə hazırlanmış ünsiyyət platformasıdır.