Müxalifət müzakirəyə dəvət edildi

muxalifet-muzakireye-devet-edildi
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, bu məqsədlə forum rəhbərliyi bütün müxalifət qüvvələrinin demokratik seçki mühitinin yaradılması və qanunçuluğun bərpası istiqamətində birgə fəaliyyətinin zəruriliyini nəzərə alaraq Müsavat, AXCP, KXCP, ADP, ALP, Ümid və VİP-i 09 İyul 2011-ci il tarixdə, saat 11:00 - da BMM-də keçiriləcək görüşə dəvət edib. Görüşdə aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:

1. Ölkədəki mövcud siyasi durum

2. Birgə fəaliyyətin əsasları, forma və prespektivləri

3. Ərəb ölkələrində eləcə də başqa diktatura rejimli ölkələrdə baş verən prosseslərdən nəticə çıxararaq respublikamızdakı indiki vəziyyətin iqtidar-müxalifət dialoqu və islahatlar yolu ilə aradan qaldırılmasının mümkünlüyü.