Müxalifət polisi 100-dan çox etirazçını öldürməkdə günahlandırır

muxalifet-polisi-100-dan-cox-etirazcini-oldurmekde-gunahlandirir
Oxunma sayı: 636

Keniya müxalifəti təhlükəslik qüvvələrini prezident seçkilərinin nəticələrinin elan edilməsindən sonra 100-dən çox etirazçını öldürməkdə ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bundan əvvəl etirazlar zamanı 9 nəfərin öldüyü qeyd edilmişdi.

Agentlik müxalifətin bununla bağlı heç bir sübut təqdim etmədiyini bildirib.

“Associated Press” agentliyi isə Keniya milli komisiyasının insan hüquqları orqanlarına istinadən məlumat verir ki, aksiyalar zamanı 24 nəfər ölüb.