Nazarbayev Türkiyəyə gedir

nazarbayev-turkiyeye-gedir
Oxunma sayı: 891

Qazaxıstanla Türkiyə arasındakı diplomatik əlaqələrin qurulmasının 26-cı ildönümü münasibətilə Nursultan Nazarbayev bu gün Ankarada rəsmi səfərdə olacaq.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, səfər prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gerçəkləşir. Nazarbayev Ərdoğanla görüşdükdən sonra Türkiyə-Qazaxıstan Üçüncü Ali Dərəcəli Starteji İşbirliyi Müşavirəsinə qatılacaq.

İclasda iqtisadiyyat, ticarət, nəqliyyat, müdafiə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə ediləcək, müxtəlif sənədlər imzalanacaq.