Nazir 100-dən artıq müəssisənin nümayəndəsi ilə görüş keçirib

nazir-100-den-artiq-muessisenin-numayendesi-ile-gorus-kecirib
Oxunma sayı: 660

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev bildirib ki, 2011-ci ilin birinci yarısında ÜDM 0,9%, qeyri-neft sektoru 7,2%, kənd təsərrüfatı 6,2%, rabitə və informasiya 14,4% artıb. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 17,43 mlrd. ABŞ dolları, o cümlədən idxalın həcmi 4,34 mlrd. ABŞ dolları, ixracın həcmi isə 13,09 mlrd. ABŞ dolları təşkil edib. Bu dövrdə qeyri-neft ixracı 43% artıb.

Tədbirdə qeyd edilib ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr haqqında yeni kataloqun hazırlanması və Nazirliyin internet səhifəsində yerləşdirilməsi, həmçinin müxtəlif tədbirlərdə təqdim edilməsi nəzərdə tutulur.

Nigar Məmmədli