“Neftçi” üçün təsəlli

neftci-ucun-teselli-
Oxunma sayı: 644

“Qafqazinfo”nun verdiyi məlumata görə, oyun günündə 12 qarşılaşma baş tutub.

İsraildə biabırçı məğlubiyyətə uğrayan “Neftçi”dən başqa daha 3 komanda darmadağın edilib. Lakin 3 top fərqi ilə uduzan “Slask” və “Düdelanj” “Neftçi”dən daha yaxşı nəticə göstərib. “Ağ-qaralar”a yalnız “Ekranas” təsəlli ola bilər. Litvalılar “Anderlext”dən 5 cavabsız qol buraxıb.

Qeyd edək ki, 6 il əvvəl “Neftçi” də Çempionlar Liqasının təsnifat mərhələsində “Anderlext”lə üz-üzə gəlmiş və səfər qarşılaşmasında 5:0 hesabı ilə məğlub olmuşdu.

1 avqust
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları
23:45. "CFR Kluj" (Rumıniya) - "Slovan" (Çexiya) - 1:0
Qol: Kadu, 53 (1:0)
23:45. "Slask" (Polşa) - "Helsinburq" (İsveç) - 0:3
Qollar: Finboqason, 36 (0:1), Andersen, 72 (0:2), Nordmark, 85 (0:3)
23:45. "Fənərbaxça" (Türkiyə) - "Vasluy" (Rumıniya) - 1:1
Qollar: Antal, 75 (0:1), Bəkir, 90 (1:1)
23:45. "Seltik" (Şotlandiya) - HJK (Finlandiya) - 2:1
Qollar: Şüller, 47 (0:1), Kommons, 55 (1:1), Mulqrevs, 61 (2:1)
22:45. "AEL Limassol" (Kipr) - "Partizan" (Serbiya) - 1:0
Qollar: Patrik, 13 (1:0)
23:00. "Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika) - 0:0
23:00. "Anderlext" (Belçika) - "Ekranas" (Litva) - 5:0
Qollar: Sutter, 2 (1:0), Kanu, 21 (2:0), Mbokani, 41 (3:0), 52 (4:0), Yovanoviç, 87 (5:0)
23:00. "Maribor" (Sloveniya) - "Dudelanj" (Lüksemburq) - 4:1
Qollar: Mezqa, 13 (1:0), 47 (3:0), Morales, 38 (2:0), Beriç, 77 (4:0), Yoahim, 90 (4:1)
21:00. BATE (Belarus) - "Debrecen" (Macarıstan) - 1:1
Qollar: Sidibe, 67 (0:1), Bordaçev, 90 (1:1)
21:30. "Hapoel" (İroni Kiryat, İsrail) - "Neftçi" (Azərbaycan) – 4:0
Qollar: Barak Badaş, 42-pen (1:0), Şimon Abuhatzira, 52 (2:0), Gerziçiç, 70 (3:0), 76 (4:0)
22:00. "Molde" (Norveç) - "Bazel" (İsveçrə) - 0:1
Qol: Daoqari, 79 (0:1)
22:00. "Şerif" (Moldova) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:1
Qol: Beçiray, 14 (0:1)


Ceyhun Əhmədov