“Neftçi” və “Qarabağ” üçün Əliyar Ağayev

neftci-ve-qarabag-ucun-eliyar-agayev
Oxunma sayı: 639

Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ilk oyunları üçün bütün təyinatlar açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, “İnter” – “Qəbələ” oyunu Elvin Əsgərova, “Neftçi” – “Qarabağ” görüşü FİFA hakimi Əliyar Ağayevə tapşırılıb. Eyni dərəcəli digər iki referi isə dördüncü hakim kimi meydana çıxacaq.

 
Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar

30 mart (cümə axşamı)

17:00. “İnter” – “Qəbələ”
Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”

19:30. “Neftçi” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Murad Məmmədov
8-ci km qəsəbə stadionu