Novxanıda qəza - Ölən var

novxanida-qeza
Oxunma sayı: 1485

Abşeron rayonunda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 8-də saat 15 radələrində Novxanı kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ramin Şirəliyev idarə etdiyi “Azsamand” markalı 99 RH 462 nömrəli avtomobillə hərəkətdə olarkən əks istiqamətdən gələn 90 AV 404 nömrəli “Toyota Prado” markalı avtomobillə toqquşub. R.Şirəliyevin sərnişini 1937-ci il təvəllüdlü Saab Məmmədov hadisə yerində ölüb. Digər sərnişin, 1970-ci il təvəllüdlü Ceyran Məmmədova açıq kəllə beyin travması diaqnozu ilə xəstənaxaya yerləşdirilib. Sürücü R.Şirəliyev isə sağ budun sümüyünün sınığı xəsarəti ilə Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

“Toyota” markalı avtomobil “Socar Petroleum” QSC-yə məxsus olub, həmin maşını bu qurumda sürücü işləyən 1966-cı il təvəllüdlü, Naxçıvan sakini Arif Nəbiyev yol vərəqəsi əsasında idarə edib.