“O videodakı qız Damla deyil, mübarizənizi kişi kimi aparın…”

o-videodaki-qiz-damla-deyil-mubarizenizi-kisi-kimi-aparin
Oxunma sayı: 8580

Sosial şəbəkələrdə müğənni Damlaya aid olduğu idida edilən intim video yayılıb.  “Qafqazinfo” xəbər verir ki, günlərdir “Whatsapp” qruplarında yayılaraq geniş müzakirələrə çevrilən görüntülərdəki xanımın Damla olduğu deyilir. 

Mövzu ilə bağlı sənətçinin meneceri ictimaiyyətə açıqlama yayıb.  O, sözügedən kadrların müğənniyə aid olmadığını bildirib:

“Hörmətli media nümayəndələri, nə mən, nə də Damla xanım Azərbaycandan köçüb. Zəng edib soruşmaq, aydınlaşdırmaq olardı. Bu videodakı Damla deyil. O qıza diqqətlə baxın. Videoda xanım xarici dildə nələrsə danışır. Damla heç vaxt elə kilolu olmayıb, dişlərinə diqqət edin. Damla xanımın dişləri burun əməliyyatından sonra, yəni  30.05.2018 - ci il tarixində vinir olub və o, əməliyyatdan öncə az kilolu olub. Amma qızın burnu və dişləri göz önündədir. Damla xanımın heç zaman saçları “kare” və qısa ölçülü olmayıb. Qulaq və üz forması, bədəni, görünüşü də göz önündədir. Xalqın sənətçisini, milyonların sevilən müğənnisini, Azərbaycan qadınını və ən başlıcası ana olan bir qadını belə şərəfsizcə əzməyə çalışmaq olmaz! Mübarizəniz varsa, kişi kimi aparın, şər- böhtanla yox”.

Damlanın menecerinin yaydığı açıqlamadan sonra şou-biznes üzvləri də sənətçiyə dəstək olub.  Onlardan Natavan Həbibi, Elçin Cəfərov, Xatun Əliyeva, Emil Bədəlov, Türkan Vəlizadə, Vüsalə Əlizadə, Lamiyə Ələkbərova, Sevil - Sevinc Səfərova və başqaları sosial şəbəkədə ifaçıya dəstək olublar.