“Ögey ata” Kəramət - Fotolar

ogey-ata-keramet-fotolar
Oxunma sayı: 1331

“Qafqazinfo”nun məlumatına görə, dünən filimin prodüseri “Planet Parni iz Baku” Tahir İmanov və baş rol oyuncusu Fərda Xudaverdiyev türk aktyoru ( Space telekanalında verilişlərdən birinin aparıcısı) İlhan Özbəy, rejissoru Şahin Qəhrəmanlı media nümayəndələrini başına yığaraq mətbuat konfransı keçiriblər. Konfransada jurnalistlərinin sualarının cavabladıran Tahir İmanov bildirib ki, bu filimi sponsursuz çəkiblər: “Biz bu filimi sponsorsuz çəkdik. Əgər biz sponsora ümid olub bu kinonu çəksəydik, iki ilə başa gələrdi. İndi sponsorluq edən insanlar adamı o, qədər get-gələ salırlar ki, verdikləri vəsaiti də benzinə xərcləyirik. Açığı desək, bu filimi çəkmək üçün bankların birindən kredit götürdük və çəkdik. Bizə ən böyük dəstək həmişə dövlətimiz olub”.


Onu da deyək ki, yeni bədii film “Planet Parni iz Baku” studiyasında çəkilib.

Filmin ssenarisi isə Fərda Xudaverdiyevə aiddir. Filmdə Fərdanın yaratdığı baş qəhrəmanın adı Kəramətdir. Həyatındakı keşməkeşlərə baxmayaraq, özünü rahat hiss edən bir şəxsdir. Özünə görə hörməti var. Amma borcları hörmətindən də çoxdur. Halallıqla yaşamaq istəsə də haqsızlıqlarla raslaşan Kəramət bir gün “yetər” deyərək hər şeyi öz xeyrinə həll etmək qərarına gəlir. Hər şey də elə bundan başlayır.

Aynur B.