Oksana Hindistanda şou göstərdi - - Video

oksana-hindistanda-sou-gosterdi-
Oxunma sayı: 3604


"Qafqazinfo"nun məlumatına görə, bu haqda sosial şəbəkədə məlumat verən rəqqasə 2000 nəfər içərisindən seçilərək növbəti tura vəsiqə qazandığını bildirib: "Son günlər pis xəbərlərdən çox üzüldüm. Paylaşdığım video üç həftə əvvəl çəkilib. Açıqlamaq istəyirəm ki, reality show "İndias Best Cine Star Ki Khoj" üçün Hindistana 3 həftə əvvəl gəldim. Bu şou Hindistanın ən məşhur kanalı olan "ZEE TV"də hər həftə şənbə- bazar saat 20:30-da yayımlanır. Məlumat vermək istəyirəm ki, bu müsabiqənin seçim turuna 2000-dən çox adam qatılıb və yalnız 100 nəfər "MEGA audition"a seçilib. Mən də 100 nəfərdən biriyəm. Bundan sonra "Mega audition"da 3 raund olacaq, ondan sonra finala ancaq 6 qız və 6 oğlan çıxacaq. İnşallah məndə alınar və on ikilikdə yer alaram. Juridə Bollywood aktrisası Sonali Bendre, Bolluwood aktyoru Ayushman Khurana, tanınmış rejissor Vijay Krishna Acharya yer alır. Çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Allah razı olsun, məni təbrik edən insanlardan. Amma inanın, ürəyim çox üzgündü".