“Onun sevgi məktubları” Yazıçılar Birliyində

onun-sevgi-mektublari-yazicilar-birliyinde
Oxunma sayı: 672

Daha sonra çıxış edən Qənirə Paşayeva, qısa zaman kəsiyində artıq dördüncü “imza günü” düzənlənən “Onun sevgi məktubları”na bəslənən ilgiyə görə bir müəllif olaraq oxuculara təşəkkürünü bildirib. O, qeyd edib ki, bu kitabın ötən ayın satış lideri olması, böyük oxucu ilgisi görməsi, habelə yeni “imza günləri” üçün təkliflər alması onu bir qələm adamı kimi nə qədər sevindirirsə, kitabın satışından əldə olunacaq vəsaitin bütünlüklə, ailə başçısını itirmiş, çoxuşaqlı imkansız bir ailənin mənzil probleminin həllinə yönəldilməsi baxımından daha çox təsirləndirir.

Sonra AYB sədrinin müşaviri Rauf Aslanov xalq yazıçısı, AYB sədri Anarın adından xanım müəllifi yaradıcılıq uğurlarına görə təbrik edib.

Professor Qəzənfər Paşayev, şair Musa Ələkbərli, kulturoloq Aydın Xan, gənc yazar Pərvin Məmmədli və başqaları çıxış edərək, “imza günü” keçirilən kitab haqqında öz fikirlərini bölüşdülər.
Tədbirin sonunda kitabların imzalanması mərasimi keçirilib.

Fatimə Kərimli