Orxan Gəncəbayın oğlu bıçaqlandı

orxan-gencebayin-oglu-bicaqlandi
Oxunma sayı: 1718

Müğənni Orxan Gəncəbayın oğlu Gökhan Murad Əmrə Gəncəbay bıçaqlanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, taksi sürücüsü D.E. ilə mübahisə edən Gökhanın sinəsinə bıçaq zərbəsi vurulub. Müğənninin oğlu xəstəxanaya yerləşdirilib, D.E. isə tutulub.

Gökhanla sürücü arasında mübahisə yol verməmək üstündə yaranıb. D.E. Gökhanın yanında əyləşən sevgilisi Seda Hanı təhqir etməyə başlayıb. Dava da bundan sonra yaranıb.

 Gəncəbayın vəziyyəti normaldır.