Ötən il ölkədə 20 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib

oten-il-olkede-20-milyard-kilovatsaata-yaxin-elektrik-enerjisi-istehsal-edilib
Oxunma sayı: 644

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 17,3 milyard kilovatsaatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 2,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsalı düşür. Bu barədə “Qafqazinfo”ya “Azərenerji” ASC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bununla yanaşı, il ərzində - Rusiya Federasiyası, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

2011-ci ilin dekabr ayında 2,1 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu həcmdən də 1,9 milyard kilovatsaatdan çoxu İES-lərin, 0,2 milyard kilovatsaata yaxını isə SES-lərin payına düşür.

Nigar Məmmədli