Ötən il ruhi xəstəxanaya yerləşdirilmişdi... - Bu gün vəfat etdi

oten-il-ruhi-xestexanaya-yerlesdirilmisdi
Oxunma sayı: 4502

Tanınmış teatr rejissoru Ədalət Ziyadxanov dünyasını dəyişib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza sosial şəbəkədə məlumat verib. Rejissor-aktyor 72 yaşında həyatını itirib. 

Xatırladaq ki, Ziyadxanov ötən ilin iyun ayında ruhi xəstəxanaya yerləşdirilmişdi. Bildirilmişdi ki, o, 30 il əvvəli xatırlayır, yaddaşında problem meydana gəlir. Evdə qalması özü və ailəsi üçün həyati təhlükəlidir.

Bundan əlavə, rejissorun ürəyində də problem olduğu qeyd olunmuşdu.