“İlk dəfədir ki, bu tədbirdə sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm”

ilk-defedir-ki-bu-tedbirde-sulhu-elde-etmis-dovlet-bascisi-kimi-istirak-edirem
Oxunma sayı: 504

“İlk dəfədir ki, bu tədbirdə artıq sülhü əldə etmiş dövlət başçısı kimi iştirak edirəm”.

 “Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə yerli televiziya kanallarına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, tədbirdə Azərbaycanın artan rolu və imkanları tədbirin gündəliyində olacaq:

“Mesajlarımız həmişə olduğu kimi aydındır: sülh, əməkdaşlıq, tərəfdaşlıq. Təbii ki, təhlükəsizlik, enerji, nəqliyyat süni intellekt və bu kimi digər sahələr dünyanın gündəliyini təşkil edir. Ona görə Azərbaycan da burada geridə qalmır”.