“Yekun sülh sazişini imzalamaq üçün müəyyən formal xarakter daşıyan məsələlər var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Münxendə “France 24” telekanalının müxbirinə müsahibəsində deyib.
“Lakin qeyd etdiyiniz bəyannamə ilə yanaşı, hər iki ölkənin xarici işlər naziri Vaşinqtonda sülh sazişinin mətnini də parafladılar. Beləliklə, mənim üçün bu, artıq bitmiş işdir. Hesab edirəm ki, Ermənistanın Baş naziri də mənimlə eyni fikirdədir. Biz elə indi sülh şəraitində yaşamağı öyrənirik və bu, çox yaxşı bir hissdir”, - deyə Prezident vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər