Paytaxtda 2 nəfər intihara cəhd edib

paytaxtda-2-nefer-intihara-cehd-edib
Oxunma sayı: 1403

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər kişi tikilməkdə olan çoxmərtəbəli binanın 13-cü mərtəbəsinə çıxaraq intihar etmək istədiklərini nümayiş etdiriblər.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb.