Pensiya barədə protokol imzalandı

pensiya-barede-protokol-imzalandi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, sənədi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov və Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının prezidenti Mariya Borta imzalayıb. Protokola əsasən, tərəflər milli qanunvericiliyə uyğun olaraq və öz səlahiyyətləri çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yardım göstərilməsinə dair razılığa gəliblər. DSMF və Moldova Respublikasının Milli Sosial Sığorta Kassası əhalinin sosial müdafiəsi və pensiya islahatlarının təmin edilməsi sistemində İKT-nın tətbiqi vəziyyəti ilə bağlı məlumat mübadiləsi, Azərbaycan və Moldovada aparılan pensiya islahatları haqqında məlumat mübadiləsi, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə seminarların və ya dəyirmi masaların keçirilməsi, məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlıq edəcəklər.

İmzalanma mərasimində vurğulanıb ki, növbəti mərhələdə iki ölkə arasında əmək miqrantlarının pensiya hüquqlarının tanınması ilə bağlı müqavilənin hazırlanması və müvafiq dövlətlərin hökumətlərinə təqdim edilməsi nəzərdə tutulur. Hazırlanacaq müqavilə Moldovada yaşayan, sonradan Azərbaycana və ya əksinə köçən əmək miqrantlarının pensiya təminatını nəzərdə tutacaq.

Nərgiz Ehlamqızı