Prezidentin açdığı məktəbdə çat əmələ gəlib - Video

prezidentin-acdigi-mektebde-cat-emele-gelib-video
Oxunma sayı: 659

Çat jurnalistlər və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının birgə monitorinq qrupu tərəfindən aşkar edilib.

Məsələ bundadır ki, 500 şagirdlik məktəb yeni tədris ili üçün “Gilan” inşaat şirkəti tərəfindən tikilib. Məktəbin açılış mərasimində qırmızı lenti prezident İlham Əliyev kəsib.

Məktəb bu ilin mayında baş vermiş 6 ballıq zəlzələdən sonra inşa edilib. Məktəblərin, evlərin və sosial obyektlərin tikintisi maliyyə və maddi mənimsəmələrlə müşayiət olunur.

Zəlzələdən sonra “Kür” qərargahı ölkənin şimal-qərb rayonlarını – Qax, Zaqatala və Balakəni əhatə edən zəlzələ zonasında durumun yaxşı olmaması barədə hakimiyyəti xəbərdar ediblər.

7 minə yaxın obyektə ziyan dəyib. Nəticələrin aradan qaldırılmasına 250 mln. manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitin dəqiq məbləği hökumət tərəfindən gizlədilir. Hakimiyyət payıza qədər 32 məktəbin yenidən qurulmasını, ziyan dəymiş evlərin bərpasını və tikintisini vəd etsə də, çox az iş görülüb./contact.az/