Prezidentlə xanımı hərbçilərin ailələri ilə piknikdə - Fotolar

prezidentle-xanimi-herbcilerin-aileleri-ile-piknikde
Oxunma sayı: 6211

Böyrək əməliyyatından sonra ictimaiyyət arasına nadir hallarda çıxan ABŞ-ın birinci xanımı Melaniya Trampla prezident Donald Tramp Uolter Rid adına Milli Hərbi-tibbi Mərkəzi ziyarət ediblər.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlə xanımı hərbçilərin ailəsi ilə piknik təşkil ediblər. Ağ Evdə Müstəqillik gününün şərəfinə təşkil olunan mərasimə Donaldla Melaniya əl-ələ qatılıblar. Romantik və zərif libas seçimi edən birinci xanımın əhvalının yüksək olması diqqətdən qaçmayıb.

Melaniyanın geyimini Tramp qalstuk detalı ilə tamamlayıb. Melaniyanın Trampın nitqini böyük heyranlıqla və diqqətlə dinləməsi də gözlərdən yayınmayıb.