Prokuror müxalifətə keçdi

prokuror-muxalifete-kecdi
Oxunma sayı: 634

Bu barədə keçmiş məmur özü məlumat verib, avqustun 31-də Youtube portalında videoçarx yerləşdirib.

Bundan əvvəl Suriyanın rəsmi mətbuat orqanı məlumat yayıb ki, Hamanın prokuroru oğurlanıb. Amma al-Bakur bu məlumatı inkar edib.

Özünün dediyinə görə, keçmiş məmur ölkədə müxalifətə qarşı qan tökülməsinə etiraz olaraq istefa verib. O, təhlükəsizlik qüvvələrinin iyulun 1-dən bu yana Hama şəhərində 72 aksiya iştirakçısını güllələməsi xəbərini eşidəndən sonra bu qərarı verib ("Azadlıq" radiosu).

A.əl-Bakur üsyançılar tərəfindən qorunan etibarlı bir yerdə olduğunu desə də, hakimiyyət təmsilçiləri iddia edirlər ki, o, Türkiyədəki etibarlı yerdədir.