“Psixi problemləri var idi...” - Qızı öldü, qatili isə oğludur...

psixi-problemleri-var-idi
Oxunma sayı: 4773

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evə gec gələn bacısını öldürməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Anar Məsimovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə şahidlər dindirilib.
A.Mənsimovun atası Akif Mənsimov məhkəmədə deyiob ki, qızı ilə oğlu tez-tez mübahisə ediblər: “Oğlumun psixi problemləri var idi, mübahisələri də buna görə düşmüşdü”.

A.Məsimov isə öncəki iclasda 32 yaşlı bacısı Nigarın tez-tez evdən getdiyini və gec gəldiyini deyib. O bildirib ki, buna görə dəfələrlə bacısına xəbərdarlıq etsə də, Nigar ona əhəmiyyət verməyib. 

Hadisə günü yenə bacısına xəbərdarlıq edən Anar ondan kobud cavab alıb və əsəbiləşərək mətbəxdəki bıçaqla Nigara bir neçə zərbə vurub. Sonra isə evdən çıxaraq polisə idarəsinə gedib və təslim olub. 

Qətlə yetirilən N.Mənsimova kosmetika şirkətlərindən birində işləyirmiş.

Murad Əhməd