Qadın oğrudan cəld tərpəndi

qadin-ogrudan-celd-terpendi
Oxunma sayı: 651

Bakının Nəsimi rayonu ərazisindən keçən sərnişin avtobusunda film kimi cinayət olub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görtə, paytaxt sakini Kifayət Salmanova avtobusda gedərkən cinayətkarın hədəfinə çevrilib.

Avtobusda olan 40 yaşlı Bakı sakini Namiq Məmmədov ona hücum edərək çantasını və mobil telefonunu alaraq qaçmaq istəyib. Cəld tərpənən K.Salmanova onun əllərindən tutaraq qaçmağa qoymayıb. Bu zaman çanta və telefon N.Məmmədovun əlindən yerə düşüb. Ələ keçməkdən qorxan N.Məmmədov avtobusdan düşərək qaçıb. Zərərçəkmiş qadın da onun arxasınca qaçaraq ətrafdakı insanlardan kömək istəyib. Özünü itirən N.Məmmədov qaçaraq digər avtobusa minib. Həmin avtobusun sürücüsü qapıları bağlayaraq N.Məmmədovun tutulmasına şərait yaradıb.

Dəfələrlə oğurluq, soyğunçuluq, cibgirlik, narkotik satışı kimi cinayətlər törətdiyinə görə 5 dəfə məhkumluq həyatı yaşayan N.Məmmədovun oğurlamaq istədiyi çantada çəmi 46 manat pul olub. K.Salmanova isə şəhər ərazisindəki xəstəxanalardan birində işləyir. Faktla bağlı Cinayət Məcəlləsinin soyğunçuluq (180-ci) maddəsi ilə cinayət işi başlanıb.