Qanunda “milliyyət” sözü dəyişdirilir

qanunda-milliyyet-sozu-deyisdirilir
Oxunma sayı: 2486

“Milliyyət” sözü “etnik məsubiyyət” sözü ilə əvəzlənir.

"Qafqazinfo" nun xəbərinə görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

Yəni, adıçəkilən  qanunun 4.1.9-cu və 27.1-ci maddələrindəki “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəzlənir.

Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bir neçə il öncə bu sözlərdə dəyişiklik edilib, indi isə dövlət qulluğu ilə bağlı qanunda bu məsələnin əksinin tapması təklif olunur.

Qısa müzakirələrdən sonra dəyişiklik layihəsi plenar iclasa tövsiyə olunub.

Günel Türksoy