“Qarabağ”ın potensial rəqibləri üçün püşk atıldı

qarabagin-potensial-reqibleri-ucun-pusk-atildi
Oxunma sayı: 2132

Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.

“Qafqazinfo” xəbər verir ki, püşkün nəticəsi belə olub:

Çempionlar Liqası

Çempionlar yolu, ilkin mərhələ

"Santa Koloma" (Andorra) - "Drita" (Kosovo)
"La Fiorita" (San-Marino) - "Linkoln" (Cəbəllütariq)

Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibinə çevriləcək.

ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.

Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində “böyük beşlik” klubları iştirak etməyəcək.