Qəza zamanı prezidentin cəsədi yanıb - - Video

qeza-zamani-prezidentin-cesedi-yanib-
Oxunma sayı: 2644


İstintaqın məlumatına görə, “Vnukovo” aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkov saxlanılıb. 


“Qafqazinfo” xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə onun vəkiliAleksandr Karabanov məlumat verib. Vəkil bildirib: "O saxlanılıb və hazırda istintaq aparılır".

Onun sözlərinə görə, istintaq qartəmizləyən maşının sürücüsünün həbs edilməsi barədə vəsatət qaldıracaq.

Çərşənbə axşamına keçən gecə “Vnukovo” aeroportunda “Total” neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər –Kristof de Marjeri, pilotlar və stüardessa - həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub. /Trend/