Qırmızı xalçada fərqlənməyə çalışdılar… - Fotolar

qirmizi-xalcada-ferqlenmeye-calisdilar
Oxunma sayı: 2874

Xəbər verdiyimiz kimi, ötən gecə Los-Ancelesdə məşhur “Emmi” mükafatlandırma mərasimi baş tutub. “Qafqazinfo”nun məlumatına görə, tanınmışlar 70-ci dəfə keçirilən tədbirdəki qırmızı xalça mərasiminə xüsusi hazırlaşıblar. 

Onlar məşhur markaların və dizaynerlərin libaslarını öz üzərində daşıyaraq gecəyə rəng qatıblar. Keri Russell, Penelope Cruz, Tracee Ellis Ross, Scarlett Johansson, Padma Lakshmi kimi ulduzlar diqqət çəkməyi bacarıblar. 

Tanınmışlar qırmızı xalça üzərinə çıxaraq kameralara poza veriblər, mətbuatın suallarını cavablandırıblar.