Qobustanda iki qardaş dəm qazından zəhərlənib

qobustanda-iki-qardas-dem-qazindan-zeherlenib
Oxunma sayı: 1104

Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə Qobustan şəhərində qeydə alınıb.
 
Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.