Qurban Qurbanovdan "Piast"la oyun öncəsi - - Açıqlama

qurban-qurbanovdan-quotpiastquotla-oyun-oncesi-
Oxunma sayı: 1604


Qurbanov  Polşa futbolunun son dövrlərdə yüksək inkişafda olduğu qənaətindədir: “Bizi bu gün çox ciddi və çətin oyun gözləyir. Polşa futbolu son zamanlarda inkişaf dövrünü keçir. “Piast” da Polşa futbolunun bir parçasıdır. Ancaq biz rəqibi yaxşı analiz etmişik, demək olar ki, bir çox oyunlarını izləyib, güclü və zəif nöqtələrini aşkar etməyə çalışmışıq. Meydana çıxıb öz oyunumuzu göstərməyə çalışacağıq. İlk oyundan sərfəli nəticə almaq bizim ən əsas məqsədimizdir. Ancaq bu gün “Qarabağ”minimal hesabla  qalib də gələ bilər, 0-0 -lıq heç –heçə də əldə edə  bilər. 

Daha sonra start heyəti ilə bağlı danışan Qurbanov elə bir ciddi dəyişiklik etmək fikrində olmadığını vurğulayıb: “ Heyətdə elə bir dəyişiklik olmayacaq. Yəqin ki, “Metallurqa”qarşı oynadığımız 11-liklə bu gün də mübarizə aparacağıq”

İqbal