Qurbanqulu Berdimuhammedov and içdi

qurbanqulu-berdimuhammedov-and-icdi
Oxunma sayı: 872

Berdimuhammedov ikinci dəfə Türkmənistan prezidenti səlahiyyətlərini alıb. Paytaxt Aşqabadda Konqress Sarayında baş tutan andiçmə mərasimində parlamentarilər, nazirlər, güc strukturlarının rəhbərləri, Ağsaqqallar Şurasının nümayəndələri, qubernatorlar və ictimai xadimlər iştirak edib.

Qurbanqulu Berdimuhammedov "Türkmənistanın dövlət müstəqilliyini və bitərəflik statusunu qoruyacağına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edəcəyinə və onları müdaifə edəcəyinə, konstitusiyaya riayət edəcəyinə və onu qoruyağına, bütün qüvvəsini və imkanlarını türkmən xalqının birlik və bərabərliyinə, onun sülh içində yaşamasına həsr edəcəyinə və türkmən xalqına inam və düzgünlüklə xidmət edəcəyinə" söz verib.

Xatırladaq ki, Qurbanqulu Berdimuhammedov fevralın 12-də keçirilən seçkilərdə seçicilərin 97 faizindən çoxunun səsini qazanaraq ikinci dəfə Türkmənistan prezidenti seçilib. Türkmənistanda prezidentin səlahiyyət müddəti 5 ildir.

Anspress.ws