Quzanlıda gənclərin forumu başladı

Quzanlıda gənclərin forumu başladı
Oxunma sayı: 814

Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu başlayıb.

"Qafqazinfo"nun tədbirdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, forumun təşkilatçıları - Dövlət Təhlükəsizlik Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.

Konfransdan öncə iştirakçılar Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzindəki ekspozisiyalar nümayiş olunub.

Tədbirdə DTX rəisinin müavini, general-mayor İlqar Musayev, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, Ağdam rayon icra başçısı Raqub Məmmədov, deputatlar və digər rəsmi qurumların rəhbərləri iştirak edir.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi