Ramal dini klipini təqdim etdi - Video

ramal-dini-klipini-teqdim-etdi-video
Oxunma sayı: 658

Yeni klipinindən ürək dolusu “Qafqazinfo”ya danışan müğənni bildirib ki, klipdəki mahnının sözləri millət vəkili Qənirə Paşayevaya aidir: “Dini mövzuda klip çəkdim. Bu, 2013-cü ildə ilk işim oldu. Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi isə özümə aidir. Mahnının adı “Salam olsun”dur. Bu, Qənirə xanımın sözlərinə ifa etdiyim ilk mahnı deyil. Bundan öncə mən onun sözləri olan “Düşünmə ki” mahnısını oxumuşam. “Salam olsun”un sözlərini Qənirə xanımdan götürməyimdən də danışım. “Düşünmə ki” mahnsını 2009-cu ildə oxumuşam, gördüm hələ də dinlənilir və aktualığını itirmir. İstədim ki, Qənirə xanımla görüşüb bu mahnıya görə öz təşəkkürümü bildirim. Ondan sonra o, mənim yaradıcılığımı çox bəyəndiyi üçün mənə bir çox şeirlərini verdi. Mən “Salam olsun”u seçdim və musiqi bəstələyib Qənirə xanıma göstərəndə o, özü də şoka düşdü. Sonra dedi ki, “ Ramal bu sözlər neçə ildir məndədir. Heç düşünməzdim ki, sən bunu bu cür gözəl bəstələyərsən” və öz təşəkkürlərini bildirdi”.

Ramal İsrafilov fürsətdən istifadə edib Qənirə Paşayevaya təşəkkürlərini də bildirdi: “Klip hazır olana qədər Qənirə xanım mənə zəng vurub maraqlanırdı. Təqdimat günündə mənə zəng vuraraq təbrik etdi və gözəl bir gül çələngi göndərmişdi. Çox örnək olunası bir xanımdır”.

Onu da deyək ki, Ramalın “Salam olsun” klipində bibisi oğlu Mirkamil Kamilov və qardaşlarım Vüsal, Valeh İsrafilov da çəkiliblər. Klipin sadə olması isə Qənirə Paşayevanın istəyi ilə olub.

Aynur Babayeva