Rəqsanənin qızı da müğənni oldu

reqsanenin-qizi-da-mugenni-oldu
Oxunma sayı: 5844

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova müğənni kimi fəaliyyətə başlayıb. “Qafqazinfo” xəbər verir ki,  Aysun söz və musiqisi Zülfi Bədəlova məxsus “Şərtim var” mahnısını ifa edib. 

Bəstə İsmayilovanın rəsmi “Youtube” səhifəsində yayımlanıb. 

Qeyd edək ki, A.İsmayılova mahnı üçün yeni fotosessiya da etdirib. Şəkillərin müəllifi Ruslan Teymurfulatovdur. 

Xatırladaq ki, o, “Qafqazinfo”ya müsahibəsində müğənni olmayacağını, ancaq özü üçün oxuduğunu demişdi:

“Müğənni olmaram, ancaq özüm üçün oxuyaram. Hərdən bir sinql çıxara bilərəm. Yenə deyirəm, müğənni deyiləm, olmayacam da... Ancaq bir məsəl var: “Heç vaxt “heç vaxt” demə”. Hələ ki, müğənni olmaq istəmirəm. Sadəcə olaraq özümü sınamaq istəyirəm”.